"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.
Bu barədə "The Daily Baku"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azersilahin-sirvandaki-zavodunda-qeza-olub
