The Daily Baku
Azərbaycanlı stolüstü tennisçi Çində təlim-məşq toplanışı keçəcək
16 yanvar 2026
14:23

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
"The Daily Baku" xəbər verir ki, millinin üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yanvarın 17-dən 27-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən "Zhenq Dinq" təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis yığmasının əsas bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanli-stolustu-tennisci-cinde-telim-mesq-toplanisi-kececek