Azərbaycanlı gənc NASA ilə əməkdaşlıq edən universitetə qəbul olunub

“Sabahın Alimləri” XIV Respublika müsabiqəsinin “Mühəndislik” nominasiyası üzrə qızıl medal mükafatçısı Banuçiçək Gülmalıyeva ABŞ-ın 6 (George Mason University, Temple University, Arizona State University, Suffolk University, Purdue University, James Madison University) nüfuzlu universitetindən qəbul alaraq ümumilikdə $300,000+ dəyərində təqaüd qazanıb.
Yekun olaraq o, “Purdue University”-ni seçib və universitetin elit proqramı olan John Martinson Honors College-ə qəbul olunub.
“Purdue University” beynəlxalq reytinqlərdə yüksək göstəricilərə malikdir: 2025-ci ildə “Global Visibility” göstəricisinə görə ABŞ-da #1, dünyada isə #6 olaraq qiymətləndirilib (U.S. News & World Report). 2026-cı il üçün Times Higher Education reytinqində dünyada #85-ci yerdə qərarlaşıb, həmçinin QS World University Rankings tərəfindən ABŞ-ın ən yaxşı 10 dövlət universiteti arasında göstərilir.
Universitet xüsusilə aerokosmik mühəndislik sahəsində ABŞ-ın ən güclü təhsil ocaqlarından biri hesab olunur və Neil Armstrong kimi tarixi məzunlara sahibdir.
“Purdue University” həmçinin NASA və Boeing kimi aparıcı təşkilatlar üçün yüksək ixtisaslı mühəndislər yetişdirən nüfuzlu ali təhsil müəssisəsidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.