The Daily Baku
Azərbaycanla BƏƏ energetika və müdafiə sahələri üzrə sənədlər imzalayıb
2 fevral 2026
22:54

"Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alğı-satqı müqaviləsinə dair sənəd imzalanıb.
Sənəd Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə imzalanıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanla-bee-energetika-ve-mudafie-saheleri-uzre-senedler-imzalayib