The Daily Baku
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
4 iyun 2026
10:19

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanin-minifutbol-millisi-avropa-cempionatinin-finalina-vesiqe-qazanib