The Daily Baku
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi kəskin azalıb
31 mart 2026
15:34

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 282 min ABŞ dolları təşkil edib.
"The Daily Baku"nun Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,7 % azdır.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,1 % azalaraq 654 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 72,6 % azalaraq 38 milyon 627 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,1 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanin-boyuk-britaniya-ile-ticaret-dovriyyesi-keskin-azalib