The Daily Baku
Azərbaycandan Ermənistana ixracın həcmi 2.4 milyon dollar olub
16 fevral 2026
15:05

2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
“The Daily Baku” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycandan-ermenistana-ixracin-hecmi-24-milyon-dollar-olub