The Daily Baku
Azərbaycandakı dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər
20 yanvar 2026
13:57

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad ediblər.
"The Daily Baku" xəbər verir ki, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycandaki-dini-konfessiyalarin-rehberleri-20-yanvar-faciesinin-qurbanlarinin-xatiresini-yad-edibler