The Daily Baku
Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 7 % artıb
15 yanvar 2026
11:27

2025-ci ilin dekabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 166,7 min nəfərdən çox olub.
"The Daily Baku" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.
Aylıq sosial müavinət alanların 36,8 %-ni kişilər, 63,2 %-ni isə qadınlar təşkil edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-yasa-gore-ayliq-sosial-muavinet-alanlarin-sayi-7-artib