The Daily Baku
Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 3 %-ə yaxın artıb
3 fevral 2026
09:46

Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfər olub.
"The Daily Baku" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Onların 114 358 nəfəri yaşa (illik müqayisədə 2,6 % çox), 14 112 nəfəri əlilliyə (0,7 % az), 22 762 nəfəri isə ailə başçısını itirməyə görə (5,2 % çox) pensiya alıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-xususi-sertlerle-emek-pensiyasi-alanlarin-sayi-3-e-yaxin-artib