The Daily Baku
Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib
5 fevral 2026
10:23

Bakıda "Qoşulmama Hərəkatının Gənclər Həftəsi" başlayıb.
"The Daily Baku" xəbər verir ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.
Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb.
"Gənclər Həftəsi"ndə gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirlər, həmçinin beynəlxalq təşkilatların və ekspert ictimaiyyətinin nümayəndələri iştirak edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-qosulmama-herekatinin-gencler-heftesine-start-verilib