The Daily Baku
Azərbaycanda qızıl yatağının emal qurğusu modernizasiya olunur
23 aprel 2026
14:24

Britaniyanın Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə ixtisaslaşmış "Anglo Asian Mining" (AAM) şirkəti "Gədəbəy" yatağındakı flotasiya qurğusunun modernləşdirilməsinə 1,8 milyon ABŞ dolları yatırıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə AAM-ın məlumatında deyilir.
"Gədəbəy" yatağında flotasiya qurğusunun modernləşdirilməsi aprel ayının sonuna qədər başa çatmalıdır. Obyektdə quraşdırılan 9 ədəd yeni "Imhoflot" pnevmatik flotasiya kamerası ənənəvi flotasiya ilə müqayisədə filizdən qızıl və misin çıxarılma səviyyəsini artıracaq", - məlumatda deyilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-qizil-yataginin-emal-qurgusu-modernizasiya-olunur