The Daily Baku
Azərbaycanda ötən ay dəmir yolu ilə 1 milyon tondan çox yük daşınıb
21 fevral 2026
10:43

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 1 milyon 225,6 min ton təşkil edib.
"The Daily Baku" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 286,2 min ton və ya 18,9 % azdır.
Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 6,7 %-i dəmir yolu ilə daşınıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-oten-ay-demir-yolu-ile-1-milyon-tondan-cox-yuk-dasinib