The Daily Baku
Azərbaycanda noutbuk və kompüter istehsalının 3 aylıq həcmi açıqlanıb
15 aprel 2026
11:41

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 51 ədəd noutbuk, 164 ədəd stolüstü kompüter istehsal edilib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 96,4 % və 90 % azdır.
Təkcə martda isə 16 ədəd noutbuk və 96 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 98 % və 4 % azdır.
2025-ci ildə Azərbaycanda 27 645 ədəd noutbuk, 2 920 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 3,5 % çox və 52 % azdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-noutbuk-ve-komputer-istehsalinin-3-ayliq-hecmi-aciqlanib