The Daily Baku
Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 9 %-dən çox artıb
13 aprel 2026
16:40

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 931,7 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.
Təkcə martda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 323,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-informasiya-rabite-xidmetlerinin-umumi-deyeri-9-den-cox-artib