The Daily Baku
Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək
8 yanvar 2026
12:35

Prezident İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" 7 avqust 2009-cu il tarixli fərmanında dəyişiklik edib.
"The Daily Baku" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək.
Bundan başqa, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini prezidentlə razılaşdırmalı olacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-dovlete-mexsus-kredit-teskilatinin-yeniden-teskili-ve-legvine-prezident-qerar-verecek