The Daily Baku
Azərbaycanda "Biznes demoqrafiyası"na dair informasiya ehtiyatı yaradılacaq
25 dekabr 2025
14:23

Azərbaycanda "Biznes demoqrafiyası"na dair informasiya ehtiyatının yaradılması planlaşdırılır.
"The Daily Baku" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, sistemin icrası 2027-2030-cu illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi, yardımçı icraçı isə İqtisadiyyat Nazirliyi olacaq.
Bununla bağlı, informasiya ehtiyatının texniki şərtləri və proqram təminatı hazırlanacaq. Məqsəd "Biznes demoqrafiya"sı sahəsində dinamikanın izlənilməsi və istifadəçilərin təhlil imkanlarının genişləndirilməsidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-biznes-demoqrafiyasina-dair-informasiya-ehtiyati-yaradilacaq