Bu ilin I rübdə Azərbaycanda 1 milyard 717,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə 1,1 % çoxdur.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 703,2 milyon manatlıq ümumi daxil məhsul (ÜDM) istehsal olunub. Bu ötən ilin eyni dövrünə nisbətən 0,3 % azdır.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1,2 % azalaraq 8 milyard 531,6 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,2 % artaraq 21 milyard 171,6 milyon manata çatıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-aqrar-sektor-1-boyuyub
