The Daily Baku
Azərbaycanda 3 ayda dövlət xətti ilə 30 milyon manat ipoteka krediti verilib
29 aprel 2026
10:16

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 30,1 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 4,2 dəfə azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,2 % artaraq 75,8 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2 dəfə azalaraq 100 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2 dəfə azalaraq 21,3 milyon manat olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycanda-3-ayda-dovlet-xetti-ile-30-milyon-manat-ipoteka-krediti-verilib