The Daily Baku
Azərbaycan XİN-də Slovakiya ilə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib
4 fevral 2026
15:28

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
"The Daily Baku"nun məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsində yazıb.
"Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbovla görüşməkdən məmnun oldum. Müzakirələr ikitərəfli əməkdaşlığın gələcək inkişafına həsr olunmuşdu", - diplomat yazıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-xin-de-slovakiya-ile-ikiterefli-emekdasligin-inkisafi-muzakire-edilib