The Daily Baku
Azərbaycan və Suriya enerji sahəsində əməkdaşlığı müzakirə edib
29 yanvar 2026
11:21

Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın energetika nazirinin müavini Ömər Şakrukla əməkdaşlıq məsələlərini müzakirə edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı diplomatik nümayəndəliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilir.
"Energetika nazirinin elektrik enerjisi məsələləri üzrə müavini Ömər Şakrukla məhsuldar görüş keçirdim. Görüş zamanı enerji sektorunda əməkdaşlığın gücləndirilməsi və ölkələrimiz arasında birgə layihələrin inkişafı yollarını müzakirə etdik", - diplomatik missiyanın məlumatında qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-ve-suriya-enerji-sahesinde-emekdasligi-muzakire-edib