The Daily Baku
Azərbaycan və Rusiya rəsmiləri ikitərəfli münasibətləri müzakirə ediblər
28 aprel 2026
15:19

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş aprelin 28-də Moskvada keçirilib.
"Görüşdə ikitərəfli münasibətlərin bəzi aktual məsələləri müzakirə olunub", - məlumatda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-ve-rusiya-resmileri-ikiterefli-munasibetleri-muzakire-edibler