Azərbaycanla Çin arasında beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2500 ədəd icazə blankının mübadilə edilməsi barədə qərar qəbul edib.
"The Daily Baku" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bununla bağlı razılışma Çinin Urumçi şəhərində AYNA ilə Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamenti arasında tarixdə ilk dəfə olaraq beynəlxalq avtomobil daşımaları sahəsində görüşdə əldə olunub. Bundan başqa, görüşdə Azərbaycan daşıyıcıları və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi də iştirak edib.
Məlumata əsasən, cari il üzrə beynəlxalq yük daşımaları üçün mübadiləsi razılaşdırılmış İcazə blanklarının kvotası 5 dəfə artırılıb. Eləcə də, cari və növbəti ildə daşıyıcıların tələbatlarının tam qarşılanacağı barədə razılıq ifadə olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
