Azərbaycan və BMT mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov və BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi - BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı müzakirə ediblər.
"The Daily Baku" xəbər verir ki, bu barədə BMT-nin Gənclərlə İş üzrə İdarəsi "X" sosial şəbəkəsində məlumat verilib.
"Mədəniyyət və gənclər sülhün və dialoqun möhkəmləndirilməsinə töhfə verir. BMT-nin baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paulyer Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovla BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə tərəfdaşlıq, mədəniyyətlərarası dialoq, gənclərin psixi sağlamlığı və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib", - məlumatda bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.