Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
"The Daily Baku" xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-ukraynaya-novbeti-humanitar-yardim-gonderib