The Daily Baku
Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci yerdə başa vuracaq
27 fevral 2026
09:29

Azərbaycan cari mövsüm UEFA reytinqini 27-ci pillədə başa vuracaq.
"The Daily Baku" xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra bəlli olub.
27-ci sıradan aşağıda qərarlaşan ölkələrin avrokuboklarda təmsilçiləri qalmayıb.
Azərbaycan 22.2937 əmsalla 27-cidir. 26-cı yerdəki Sloveniyanın 23.968 əmsalı var.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-uefa-reytinqinde-cari-movsumu-27-ci-yerde-basa-vuracaq