The Daily Baku
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox azaldıb
10 fevral 2026
16:23

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,596 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
"The Daily Baku" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 27,4 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,2 % artaraq 3 milyard 062 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 490,007 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Fransa 311,036 milyon ABŞ dolları (4,9 % az) və İspaniya 291,741 milyon ABŞ dolları (14,2 % çox) dəyərində həyata keçirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-turkiyeden-avtomobil-senayesi-mehsullarinin-idxalina-cekdiyi-xerci-27-den-cox-azaldib