The Daily Baku
Azərbaycan səfirliyi Türkiyə ilə diplomatik münasibətlərin 34-cü ildönümünə dair paylaşım edib
14 yanvar 2026
10:07

Azərbaycanın Türkiyədəki səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibətilə paylaşım edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" hesabında qeyd olunub.
"Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü mübarək. "Bir millət, iki dövlət" anlayışı ilə yoğrulan qardaşlığımızın əbədi olmasını diləyirik", - məlumatda vurğulanıb.
Azerbaycan ve Türkiye arasında diplomatik ilişkilerin tesisinin 34. yıl dönümü kutlu olsun. ‘Bir millet, iki devlet’ anlayışıyla yoğrulan kardeşliğimizin ilelebet payidar olmasını dileriz. 🇦🇿🇹🇷 pic.twitter.com/eJCMaUIPmy
— Azerbaycan Büyükelçiliği Türkiye (@AzEmbassyTurkey) January 14, 2026
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-sefirliyi-turkiye-ile-diplomatik-munasibetlerin-34-cu-ildonumune-dair-paylasim-edib