Bu ilin yanvar ayında Azərbaycan 33 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın fevral sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,4% çoxdur.
Ötən ay Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 9 % artaraq 268,4 milyon ABŞ dolları təşkil edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-qizil-ixracindan-gelirini-56-den-cox-artirib
