Azərbaycan Qazaxıstan nefti üçün tranzit imkanlarını böyüdə bilər

Azərbaycan Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitini artırmağa hazırdır.
"The Daily Baku" “İnterfaks-Qazaxıstan”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ildə Qazaxıstan BTE vasitəsilə 1,2 mln. ton neft tranzit edib və Azərbaycan tərəfi bu göstəricini 2,2 mln. tona çatdırmağa hazırdır.
Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.