The Daily Baku
Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 rusu Ermənistana təhvil verib
23 yanvar 2026
13:25

Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib.
"The Daily Baku"nun Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.
Arsen Torosyanın sözlərinə görə, həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər.
APA-nın əldə etdiyi məlumata görə, Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-qarabagda-yasayan-10-ermenini-ve-1-rusu-ermenistana-tehvil-verib