The Daily Baku
Azərbaycan Prezidenti Davosda finlandiyalı həmkarı ilə görüşüb
20 yanvar 2026
14:26

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb.
Söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, "Nordic-Baltic Eight" qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub.
Eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-prezidenti-davosda-finlandiyali-hemkari-ile-gorusub