The Daily Baku
Azərbaycan Prezidenti ARDNF-in 2026-cı il büdcəsini təsdiqləyib
29 dekabr 2025
16:26

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.
"The Daily Baku" xəbər verir ki, fərmana əsaəsn, gələn il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (bu illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-prezidenti-ardnf-in-2026-ci-il-budcesini-tesdiqleyib