The Daily Baku
Azərbaycan Özbəkistanla kibertəhdidlərin idarə olunması ssenarilərini müzakirə edib
27 yanvar 2026
16:51

Azərbaycan və Özbəkistan arasında kibertəhdidlərin idarə olunması ssenariləri müzakirə edilib.
"The Daily Baku" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumda Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə AMB sədrinin müşaviri Akif Bağırov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı iştirak edib, kibertəhlükəsizlik sahəsində hüquqi-normativ bazanın təkmilləşdirilməsi, "FINCERT" təcrübəsi, həmçinin kibertəhdidlərin idarə olunması ssenariləri üzrə fikir mübadiləsi aparılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-ozbekistanla-kibertehdidlerin-idare-olunmasi-ssenarilerini-muzakire-edib