The Daily Baku
Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiya, regional sabitliyə birbaşa təhlükədir
13 mart 2026
16:01

Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik.
The Daily Baku xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", MN-dən bildirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-mn-turkiyeye-raket-buraxilisi-qebuledilmez-eskalasiya-regional-sabitliye-birbasa-tehlukedir