The Daily Baku
Azərbaycan "Mastercard"la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib
16 yanvar 2026
17:41

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Mastercard" şirkəti ilə tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
"The Daily Baku" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Mastercard" şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirdik. Həmçinin Bakıda kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.
R.Nəbiyev görüşdə həmçinin süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-mastercardla-tranzit-dasimalari-uzre-emekdasligi-muzakire-edib