The Daily Baku
Azərbaycan Livan və Litvanın bəzi bölgələrindən ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyub
6 yanvar 2026
11:01

Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub.
"The Daily Baku" Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən (AQTA) məlumat verir.
Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-livan-ve-litvanin-bezi-bolgelerinden-et-mehsullarinin-getirilmesine-mehdudiyyet-qoyub