The Daily Baku
Azərbaycan IMF ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
17 fevral 2026
15:54

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu (IMF) arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
"The Daily Baku" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata əsasən, müzakirələr iqtisadiyyat naziri ilə IMF-nin Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon arasında görüşdə aparılıb.
"Azərbaycanın makroiqtisadi sabitliyini, sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq enerji, rəqəmsallaşma, sənaye və digər istiqamətlərdə həyata keçirilən tədbirləri, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində əldə olunmuş irəliləyişləri qeyd etdik," - M.Cabbarov qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-imf-ile-emekdasliq-perspektivlerini-muzakire-edib