Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun növbəti toplantısında iştirak edib.
Məlumata görə, Ə.Məmmədyarov çıxışı zamanı qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb. O, WB və IMF ilə uzunmüddətli və səmərəli əməkdaşlığın ölkənin institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-dunya-banki-ve-imf-in-toplantilarinda-istirak-edib
