The Daily Baku
Azərbaycan 2025-ci ildə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
12 yanvar 2026
15:11

2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 62,4 min ton və ya 460 min barel təşkil edib.
Bu barədə "The Daily Baku" Energetika Nazirliyinə istinadən xəbər verir.
"2025-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub: xam neft hasilatı orta hesabla gündəlik 460 min barel, kondensat hasilatı isə 13,5 min ton (111 min barel) təşkil edib", - məlumatda bildirilib.
Azərbaycanın "OPEC+" sazişi çərçivəsində 2025-ci il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan 2025-ci ildə kvotadan gündəlik 91 min barel geri qalıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/azerbaycan-2025-ci-ilde-opec-kvotasindan-gundelik-91-min-barel-geri-qalib