Azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi üçün tədbirlər planı hazırlanacaq

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.
"The Daily Baku" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
Qeyd edilib ki, həmin ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması nəzərdə tutulur.
Bildirilib ki, 2026–2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi planlaşdırılır.
Bu barədə tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin "e-culture" platformasına inteqrasiyası həyata keçiriləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.