Avstraliyanın sağçı populist partiyası olan "Bir Millət" parlamentin aşağı palatasında ilk dəfə təmsil olunacaq.
"The Daily Baku"nun "Reuters"ə istinadən verdiyi məlumata görə, partiyanın namizədi fermer Devid Farli Sidneydən təxminən 550 kilometr cənubda yerləşən Farrer kənd rayonunda keçirilən əlavə seçkilərdə qalib gəlib.
Qeyd olunur ki, "Bir Millət"in qələbəsi Baş nazir Entoni Albanezenin mərkəz-sol hökumətinin parlament çoxluğuna təsir göstərməyəcək, çünki rayon əvvəllər Liberal Partiyasının millət vəkili tərəfindən təmsil olunurdu.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/avstraliyada-yeni-siyasi-quvve-parlamentde-yer-qazanib
