Fevralın 14-də Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 33,97 faizə düşüb.
"The Daily Baku" xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, bu, son dörd ilin analoji dövründə qeydə alınan ən aşağı göstəricidir. 2025-ci il fevralın 15-də Avropanın mavi yanacaq ehtiyatları 45,2 faiz, 2024-cü ildə 65,79 faiz, 2023-cü ildə isə 65,27 faiz olub.
Hazırda Fransa anbarlarında qazın həcmi 24,5 faizə, Almaniyada 23,95 faizə, Baltikyanı ölkələrdə 22,97 faizə, Niderlandda isə 15,57 faizə enib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/avropada-qaz-ehtiyatlari-3397-faize-qeder-azalib
