The Daily Baku
“Atletiko” Kristian Romero transferi üçün “Tottenhem”lə danışıqlara hazırlaşır
21 aprel 2026
16:25

İngiltərənin "Tottenhem" klubunun mərkəz müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.
"The Daily Baku" "Caught Offside"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun xidmətində "Atletiko" (İspaniya) klubu maraqlıdır.
K.Romero İngiltərə Premyer Liqasının cari mövsümündə London təmsilçisinin heyətində 23 qarşılaşmaya çıxıb. O, bu oyunlarda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, argentinalı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Onun dəyəri 50 milyon avro qiymətləndirilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/atletiko-kristian-romero-transferi-ucun-tottenhemle-danisiqlara-hazirlasir