The Daily Baku
“Aston Villa” hücum xəttini Ferran Torres ilə gücləndirməyi hədəfləyir
6 may 2026
17:50

İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır.
"The Daily Baku" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa komandası 26 yaşlı hücumçu üçün 65 milyon avroluq təklif hazırlayıb.
İspaniya klubunun rəhbərliyinin buna razı olacağı gözlənilir. Kataloniyalılar planlarına daxil olmadığı üçün onunla müqavilənin müddətini uzatmaq istəməyib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/aston-villa-hucum-xettini-ferran-torres-ile-guclendirmeyi-hedefleyir