The Daily Baku
"Arsenal" Almaniya klubunun futbolçusunu heyətinə qatmaq istəyir
4 fevral 2026
15:57
.webp)
Almaniyanın "Bavariya" klubunun yarınmmüdafiəçisi Leon Qoretska karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"The Daily Baku" "Bayern Insider"ə istinadən xəbər verir ki, "Arsenal" təcrübəli oyunçunu heyətinə qatmaqda maraqlıdır.
"Bavariya" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu Münhen təmsilçisindən ayrılmaq qərarı verib. Bu səbəbdən o, yeni klubuna azad agent statusu ilə, yəni tamamilə ödənişsiz keçmək imkanına malikdir.
Qoretska özü də karyerasını "Arsenal"da davam etdirməyin əleyhinə deyil.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə "Bavariya"nın heyətində 28 matça çıxıb və bir qol vurub. Onun hazırkı dəyəri 15 milyon avrodur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/arsenal-almaniya-klubunun-futbolcusunu-heyetine-qatmaq-isteyir