Arif Ağayev Xankəndidə yeni nəqliyyat kompleksinin açılacağını açıqladı

"Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır".
''The Daily Baku'' xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev deyib.
O bildirib ki, Kürdəmir stansiyanın yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir:
"Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm də ətraf bölgələrdə nəqliyyat əlçatanlığı daha da yüksələcək. Kürdəmirlə yanaşı, Ağsu, Göyçay, Zərdab, Sabirabad rayonlarının sakinləri üçün də mobillik genişlənəcək".
Qurum rəsmisi vurğulayıb ki, müasir qatarlar paytaxtdan Kürdəmirə pandemiyadan öncəki ilə müqayisədə 1 saat tez çatacaq
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.