Rusiya və Ukraynanın müharibədə hərbi itkiləri 2 milyona yaxınlaşır

"The Daily Baku"nun məlumatında bildirilir ki, Vaşinqton-mərkəzli Strateji və Beynəlxalq Araşdırmalar Mərkəsi (CSIS) təxminən dörd illik müharibə ərzində öldürülən, yaralanan və ya itkin düşən Rusiya və Ukrayna hərbçilərinin sayı bu yazadək 2 milyona çata bilər.
Hesabata əsasən, Rusiyanın təxminən 1,2 milyon itkisi var, bunun 325 minə qədəri həlak olmuş hərbçilərdir. Ukraynada isə 600 minə yaxın hərbçi öldürülüb, yaralanıb və ya itkin düşüb.
Kreml çərşənbə günü CSIS hesabatını ‘etibarsız’ adlandırıb və Rusiya üzrə itki rəqəmlərini açıqlamaq səlahiyyətinin yalnız Rusiya müdafiə nazirliyinə məxsus olduğunu bildirib.
CSIS-in qiymətləndirmələri isə Qərb və Ukrayna rəsmiləri ilə aparılan müsahibələrə, eləcə də müstəqil Rusiya mediası ‘Mediazona’ və BBC-nin Rus xidməti tərəfindən toplanmış məlumatlara əsaslanıb.”
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.