Belçika Avropada ikinci ən iri limanı - Antverpendə hava hücumundan müdafiə sistemi (HHM) quraşdıracaq.
''The Daily Baku'' yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart de Vever bəyan edib.
"Antverpen limanında hava hücumundan müdafiə sistemi quraşdırılacaq. Bu, artıq sifariş verilmiş NASAMS tipli sistemdir", - o bildirib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, HHM sisteminin ilk hissəsi 2027-ci ildən etibarən fəaliyyətə başlayacaq və bu, limanın ərazisinin təxminən üçdə ikisini qorumağa imkan verəcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/antverpen-limaninda-hava-hucumundan-mudafie-sistemi-qurulacaq
