The Daily Baku
Antonio Koşta Cənubi Qafqazda gedən prosesləri "tarixi" adlandırıb
4 may 2026
13:18

Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün cari proseslər "tarixi" əhəmiyyət daşıyır.
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitində çıxışında bildirib.
O qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin daha da normallaşmasını alqışlamaq lazımdır.
"Mən Ermənistanın Baş naziri Nikol Paşinyana sammitin burada, İrəvanda keçirilməsinə görə və Azərbaycan Prezidenti İlham Əliyevə videobağlantı vasitəsilə sammitdə iştirak etdiyinə görə səmimi qəlbdən təşəkkür etmək istərdim", - A.Koşta bəyan edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/antonio-kosta-cenubi-qafqazda-geden-prosesleri-tarixi-adlandirib